İlk öncə Linux haqda qısa ekskursiya edək.
Linux nədir?
Linux azad şəkildə, təmənnasız yayılan əməliyyat sistemdir. O bütün müasir əməliyyat sistemlərinə xas olan xüsusiyyətlərə malikdir. Dünyada milyonlarla insan Linux-dan istifadə edir. Tətbiqi və sistem proqramları ilə birlikdə gələn Linux tam funksional və universal əməliyyat sistemidir.
GUI nədir?
İngilis terminologiyasında GUI (Graphical User Interface, yəni qrafik istifadəçi interfeysi) qısaltmasından tez-tez istifadə olunur. GUI qrafik rejimində işləmək üçün pəncərələr meneceridir və o digər proqramları əhatə edən seçilmiş və yoxlanılmış proqramların məcmusudur.
Artıq bir sıra qrafik proqram qabıqları mövcuddur - istər azad yayılan, istərsə də kommersiya yolu ilə. Azad yayılan sistemlər arasında KDE və GNOME geniş vüsət almışdır.
KDE Linux üçün qrafik qabığıdır. KDE "K Desktop Environment"dən («iş masası üçün K qabığı») ifadə edir. KDE sadə və rahat qrafik qabığa Microsoft Windows bazası əsasında artıq mövcud olan sistemlərə analoji olaraq UNIX istifadəçilərinin tələbatlarına cavab olaraq yaradılmışdır. O Open Source hərəkatı çərçivəsində işlənilib hazırlanır və açıq mənbə ilə yayılır. KDE müasir funksionallığı, istifadə rahatlığı, əla dizayn və UNIX sinfindən olan əməliyyat sisteminin texnologiya üstünlüklərini özündə birləşdirir.
GNOME UNIX-tipli əməliyyat sistemləri üçün azad iş masası qabığıdır. GNOME GNU layihəsinin rəsmən işi və hissəsidir.
GNOME yaradıcıları istifadəçinin texniki biliklərindən, fiziki imkanlarından və dilindən asılı olmayaraq bütün təbəqənin istifadəsi üçün çalışır. GNOME layihəsi çərçivəsində istifadəçilər üçün proqramlardan tutmuş - digər qabıqlarda istifadə üçün nəzərdə tutulan alətlər yaradılır. GNOME — ingilis dilindən GNU Network Object Model Environment («GNU şəbəkə obyekti qabığı») mənasını ifadə edir.
Ekran şərti olaraq hissələrə bölünə bilər – iş masanın “səthi” və panel.
Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Planetdə onlarla Linux distrubitivi vardır. Hal-hazırda bizim təklif etdiyimiz həllər openSUSE, SLED, SLES, Ubuntu və Mandriva əsasındadır.
|